Əsas Səhifə > Güney Press / Ana xəbər > Xırdalanda ağac kəsilməsinin qarşısı alındı
Xırdalanda ağac kəsilməsinin qarşısı alındı6-05-2015, 09:55 |
![]() Abşeron rayonunda ağaclar kütləvi şəkildə kəsilir. Bu barədə ANS PRESS-in “Qaynar xətti”nə məlumat daxil olub. Daxil olan məlumata görə, kütləvi ağac kəsilməsi Zərifə Əliyeva küçəsi 1 saylı binanın qarşısında qeydə alınıb. Həmin ərazidə təxminən 30-dan çox ağac qırılıb. Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən ANS PRESS-in sorğusuna bildirdilər ki, həmin ərazidəki qanunsuz ağac qırılmasının qarşısı alınıb. Hadisə barədə Abşeron rayon polis şöbəsinə məlumat verilib. Ağacları kəsən şəxslər tapılaraq cəzalandırılacaq. Geri qayıt |