Əsas Səhifə > Güney Press / Ana xəbər > “Bandotdel” cinayətkarları belə zərərsizləşdirdi
“Bandotdel” cinayətkarları belə zərərsizləşdirdi5-05-2015, 15:09 |
|
Daxili işlər orqanları mütəşəkkil cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Mingəçevir və Şirvan şəhərlərində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və adları çəkilən şəhərlərin Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin külli miqdarda alqı-satqısı ilə məşğul olan, 4-ü əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 6 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb. Baxış zamanı onlardan 2 avtomat, 1 tapança, 7 əl qumbarası, 800 qram partlayıcı maddə, 65 ədəd müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda, 6,5 kiloqrama yaxın narkotik vasitə olan tiryək və heroin götürülüb. Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır./region.tv Geri qayıt |