Əsas Səhifə > Güney Press / Ana xəbər > Zakir Qaralov yenidən Azərbaycanın baş prokuroru təyin edilib

Zakir Qaralov yenidən Azərbaycanın baş prokuroru təyin edilib


28-04-2015, 14:36
Zakir Qaralov yenidən Azərbaycanın baş prokuroru təyin edilib
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında baş prokurorun səlahiyyət müddətinin bitməsi və yenidən təsdiq olunması ilə bağlı sənədə baxılıb.

APA-nın məlumatına görə, sənəd barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidentinin təqdimatı ilə baş prokuror Zakir Qaralovun yenidən növbəti beş illiyə baş prokuror təyin edilməsi təklif olunur.

Daha sonra Ə. Hüseynli Z. Qaralovun fəaliyyəti barədə məlumat verərək, bu fəaliyyəti yüksək qiymətləndirib.

Daha sonra Z. Qaralov növbəti beş illiyə baş prokuror təyin edilib.

Geri qayıt