Əsas Səhifə > Güney Press / Ana xəbər > Kəlbəcər girovu Şahbaz Quliyev əməliyyat olunub
Kəlbəcər girovu Şahbaz Quliyev əməliyyat olunub27-04-2015, 10:12 |
![]() Kəlbəcərdə girov götürülən və hazırda Xankəndində saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunub. APA-nın “Kavkazskiy uzel” portalına istinadən verdiyi məlumata görə, Ş. Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalıb. Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada Ş. Quliyevə baş çəkib. Onlar Ş. Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Geri qayıt |