Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiyadakı dəhşətli meşə yanğınlarının şok SƏBƏBİ

Rusiyadakı dəhşətli meşə yanğınlarının şok SƏBƏBİ


23-04-2015, 15:38
Rusiyadakı dəhşətli meşə yanğınlarının şok SƏBƏBİ
FaktXəbər olaraq bu yaxınlarda Xakasiyada baş verən dəhşətli yanğın barədə xəbər vermişdik. Bütün əyaləti başına götürən yanğın zamanı əyalət viran qalmışdı, alovlar artıq Çinə doğru yol almışdı.

Məlum olub ki, yanğının səbəbi rusiyanın məşhur jurnalistinin reportaj hazırlamaq istəyi imiş. Hüquqmühafizə orqanlarından bildirilib ki, Rusiyanın birinci kanalının müxbiri Mixail Akinçenko siqaretini yerə atıb, nəticədə isə quru ot alışıb. Akinçenko deyib ki, o, fon çəkmək üçün otu yandırıb.

Xatırladaq ki, Xakasiyada alov 40 məntəqəni cənginə almışdı. Faciə nəticəsində 34 nəfər həlak olub, təqribən 5 min insan evsiz qalıb. Hadicə ilə əlaqədar cinayət işi qaldırılıb.





Geri qayıt