Əsas Səhifə > Güney Press / Ana xəbər > Hesablama Palatası Hüseynqulu Bağrıovu ələ verəcəkmi?

Hesablama Palatası Hüseynqulu Bağrıovu ələ verəcəkmi?


23-04-2015, 11:40
Hesablama Palatası Hüseynqulu Bağrıovu ələ verəcəkmi?
Bu yaxınlarda Azadliq.info saytında Hesablama Palatasının 2012-2013-cü illər üzrə audit hesabatı dərc olunub.
Hesabatda qeyd olunur ki: “ Hesabat ilində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin auditi aparılıb. Müəyyən edilib ki, departament tərəfindən büdcə xərcləri üzrə proqnoz göstəriciləri hazırlanarkən iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb, əvvəlki illərin nəticələri əsas götürülməyərək layihələr tərtib edilib.
Nəticədə auditlə əhatə edilən dövr ərzində əksər xərc maddələri üzrə vəsait istifadə edilməyib və dövlət büdcəsinə qaytarılıb”.
Hesabatda daha sonra göstərilir ki, xidməti ərazilərin abadlaşdırılmasıyla bağlı keçirilən satınalmalar zamanı bəzi hallarda iddiaçı kimi iştirak edən malgöndərənlər barədə məlumatların alınması təmin edilməyib, təşkilatın balansında maşın və mexanizmlərin olmadığı və ya icarəyə götürülmədiyi halda, tender komissiyası tərəfindən qiymətləndirmə meyarı düzgün seçilməyib və həmin iddiaçılar qalib elan edilib.
Hesabatdan məlum olur ki, Departamentdə dövlət qulluğuna dair vakant inzibati vəzifələrə 14 nəfərin müvəqqəti işə qəbul edilməsinə rəğmən, müsabiqə elan olunmayıb, nəqliyyat vasitələrinə yanacaq sərfiyyatına dair hesabatlar tərtib olunmayıb, artıq ehtiyat hissəsi silinib, ödəniş cədvəllərində aylıq vəzifə maaşları çox və təkrar yazılmaqla artıq əməkhaqqı ödənib, 2 sabiq əməkdaşa və digər işçilərə artıq əməkhaqqı və mükafat verilib. (AzР°dliq.info).
Hesabatla tanış olduqdan sonra onun düzgünlüyünü yoxlamaq qərarına gəldik.
Bu məqsədlə Qafqaz Xəbər Agenyliyi (qafqaznews.org) olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət elədik. Qurumun mətbuat katibi İradə İbrahimova bildirdi ki, bu məlumatlar 2012-ci ilə aiddir.
Biz “Peşəkar hüquqşünaslar” birliyinin sədri Tağı Hüseynovdan hesabatı şərh etməsini xahiş etdik: “ Hesabatda göstərilən əməllər cinayət xarakterlidir. Hesablama Palatası yoxlamanın nəticələrini hüquq-mühafizə orqanlarına göndərməli idi”.
Qafqaz Xəbər Agenyliyi (qafqaznews.org) Hesablama Palatasının yoxlamanın nəticələrini hüquq-mühafizə orqanlarına göndərib-göndərmədiyini aydınlaşdırmaq üçün qurumun nümayəndəsi Mehriban Alışanova ilə əlaqə saxlasa da, o, suallarımıza cavab vermədi.

Geri qayıt