Əsas Səhifə > Güney Press / Ana xəbər > Söyün Sadıqov Putinə müraciət hazırlayır...
Söyün Sadıqov Putinə müraciət hazırlayır...16-04-2015, 08:54 |
|
Aprelin 24-də keçirilən qurultayda yenidən "AzərRos"un prezidenti seçilən Söyün Sadıqov baş nazirin keçmiş müavini Abbas Abbasov haqqında kəskin fikirlər səsləndirib və onu "peşka" adlandırıb. Görəsən Söyün Sadıqov Rusiya prezidenti Vladimir Putinlə yaxınlığından istifadə edib Abbas Abbasovla bağlı ona rəsmi müraciət etmək barədə düşünürmü? Moderator.az-ın bu sualına cavabında S. Sadıqov bildirdi ki, artıq Abbas Abbasov onun üçün maraqlı deyil, amma o qurultayda üzləşdikləri problemlə bağlı Putinə müraciət etmək niyyətindədir: "Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin milli muxtariyyət və xarici agent haqqında qanunu pozması haqqında RF-nın prezidentinə muraciətimdə yazacağam. Ona görə ki, Ədliyyə Nazirliyi Prezident Adminstrasiyasının hansısa nümayənsədinə və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarına istinad edir. Mənə Abbas Abbasov maraqlı deyil artıq, çünki mən dedim ki, öz millətini satan birisidir və o Azərbaycanlıların toplantısına FTX və polis göndərməklə özünü ifşa etdi. Prezident Adminstrasiyasının və FTX-nin hərəkətləri azsaylı xalqların hüquqlarının pozulmasına gətirib çıxarır və bu da sonda Azərbaycan ictimaiyyəti tərəfindən Rusiyaya qarşı etimadszılıq mühütünə gətirib çıxara bilər". Geri qayıt |