Əsas Səhifə > Güney Press / Ana xəbər > “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir


15-04-2015, 11:45
“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir
Azərbaycanda sərbəst toplaşmanın təşkili ilə bağlı qaydalarda dəyişiklik edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 10-cu (Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması) maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə artıq azı 3 iş günü qalmış yox, ümumiyyətlə 3 gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Layihədə o da bildirilir ki, həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

Geri qayıt