Əsas Səhifə > Güney Press / Ana xəbər > Daha bir populyar layihə ATV kanalından ayrılıb...

Daha bir populyar layihə ATV kanalından ayrılıb...


14-04-2015, 16:14
Daha bir populyar layihə ATV kanalından ayrılıb...
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı В«Səni axtarıramВ» layihəsi ilə Azad Azərbaycan telekanalını tərk edib. Artıq Xoşqədəm Hidayətqızı bundan sonra layihəsini ANS telekanalında davam etdirəcəyini də bildirib. Həmçinin tanınmış aparıcı bəyan edib ki, ATV-nin rəhbərliyi ilə onun arasında yaranmış qalmaqal kifayət qədər gərgindir. GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən В«Bozbash PichturesВ» layihəsi də ATV-dən ayrılacaq. Məlumatlara görə, layihənin dayandırılmasına səbəb kimi Vüqar Qaradağlı ilə bağlı anlaşılmazlığın yaranmasıdır. Hələlik bu barədə rəsmi açıqlama yoxdur. Yalnız bildirilir ki, layihə reytinq səbəbi ilə dayandırılıb. amma məsələ heç də deyilən kimi deyil.

Bu barədə informasiya verən mənbə israr edir ki, layihənin dayanması barədə açıqlamalar verən müəlliflər əslində digər bir telekanalda daha böyük layihəyə başlayacaqlar. В«Bozbash PichturesВ»-in yaradıcıları bu yaxınlarda layihənin dayandığı barədə açıqlama verərək yeni bir film çəkilişi üzərində işlədiklərini bəyan etmişdilər. Lakin məlumata əsasən əslində bu yeni layihə digər bir telekanalda başlayacaq teleserial olacaq.

Geri qayıt