Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputatın zavodunda saxtakarlıq

Deputatın zavodunda saxtakarlıq


8-04-2015, 12:22
Deputatın zavodunda saxtakarlıq
Deputat Xanlar Fətiyevin işi təftiş olunacaq.

Tia.az-a verilən məlumatda qeyd olunur ki, “Gəncə avtomobil zavodu”nun işində bəzi nöqsanlar aşkarlanıb. Birliyin Müşahidə Şurasının sədri X.Fətiyev isə baş verənlərdən bərk narahatlıq keçirib.
Mənbənin sözlərinə görə, ötən ilin iyununda zavodunun Servis İdarəsi bazasında xüsusi monitorinq qrupu yaradılıb. Qrupa zavodun, Minsk traktor zavodunun, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin və "Aqrolizinq" ASC-nin mütəxəssisləri daxildir.
Monitorinq qrupuna istehsal olunan traktorların və kənd təsərrüfatı texnikası istifadəçilərinin yoxlanılması və maarifləndirilməsi tapşırılsa da, iş icrasız qalıb. Ölkənin heç bir rayonunda mütəmadi yoxlamalar aparılmayıb.
Digər tərəfdən 2014-cü ilin mayınadək "Aqrolizinq" ASC-nin sədri Əli Bayramovun dövründə qanunsuz yolla kənd təsərrüfatı texnikasının alınıb satılması və korrupsiya faktları istisna edilmir.

Geri qayıt