Əsas Səhifə > Güney Press / Ana xəbər > Beyləqanın icra başçısına yaxın şirkətə cinayət işi açıla bilər

Beyləqanın icra başçısına yaxın şirkətə cinayət işi açıla bilər


8-04-2015, 08:49
Beyləqanın icra başçısına yaxın şirkətə cinayət işi açıla bilər
Beyləqanda “Mirdamət-2008” MMC-yə cinayət işi açıla bilər.

Tia.az-a daxil olan məlumata görə. Rayon icra başçısı Vaqif Abdullayev “günah keçisi” axtarışına çıxıb. V.Abdullayev tenderdə qalib elan edilən bu firmanı özünü sığortalamaq naminə qurban verməyə hazırlaşır.
Hazırda MMC-nin fəaliyyəti yoxlanılır. 2014- cü il üçün Beyləqan rayon büdcəsi üçün nəzərdə tutulan vəsaitdən şəhərin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və s. işlər üçün “Mirdamət-2008” MMC-yə 240 min manat ayrılıb.
Amma Vaqif Abdullayev həmin vəsaitin 150 min manatını mənimsəyib. Digər mənimsəmələrdə olduğundan rəsmi şəkildə ayrılan vəsaitin yalnız 13 faizi “Mirdamət-2008” MMC-yə çatıb. İcra başçısı isə ifşa olunduğuna görə firmanı məsuliyyət qarşısında qoyub.
“Mirdamət-2008” MMC-nin Atamoğlan adlı rəhbəri ilə Beyləqan Şəhər İcra Nümayəndəliyinin rəhbəri Azil Aslanov mənimsəyib. Onlar kosmetik təmir işləri apararaq ayrılan vəsaiti yeyiblər.

Geri qayıt