Əsas Səhifə > Güney Press / Ana xəbər > “Orxan-SS” qadağan olunan kolbasanı satır

“Orxan-SS” qadağan olunan kolbasanı satır


4-04-2015, 12:42
“Orxan-SS” qadağan olunan kolbasanı satır
Bakıda istehsalı dayandırılan “Baranina” kolbasasının satışı hələ də davam edir.

Tia.az xəbər verir ki, şəhərin ərzaq mağazalarında “Kristal CF” əmtəə nişanlı bu kolbasa məhsulları yığışdırılmayıb. Hazırda “Orxan-SS” firması məhsulları ticarət şəbəkələrinə paylanmaqda və satılmaqdadır.
Əslində “halal” sözü ilə markalanmış bu məhsullarda donuz əti və piyi aşkar edildiyi üçün “Baranina” kolbasasını istehsal edən firmaya sertifikat verilməyib. “Orxan-SS” firmasının fəaliyyətinə xitam veriləcəyi də gözlənilirdi. Şirkətin isə məhsulları mağazalarda göz deşir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirmişdi ki, araşdırma yekunlaşandan sonra nəticə ictimaiyyətə açıqlanacaq. F.Talıblı onu da qeyd etmişdi ki, ticarət şəbəkələri həmin müəssisənin məhsullarını qəbul etmirlər: “Həmin müəssisənin məhsulları ticarət müəssisələrindən geri çağırılıb. İstehsalı dayandırmaq üçün araşdırmanın nəticələrini gözləməliyik”.

Geri qayıt