Əsas Səhifə > Güney Press / Ana xəbər > Nəqliyyat nazirinin əmri ilə "Azəryolservis" ASC-də dəyişiklik olub

Nəqliyyat nazirinin əmri ilə "Azəryolservis" ASC-də dəyişiklik olub


3-04-2015, 16:02
Nəqliyyat nazirinin əmri ilə "Azəryolservis" ASC-də dəyişiklik olub
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də yeni təyinatlar olub.

ANS PRESS-in ASC-nin mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azəryolservis" ASC-nin "Avtomobil yollarının istismarı və reklam" MMC-nin rəisi Əvəz Qocayev "Azəryolservis" ASC sədrinin müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisi vəzifəsinə təyin olunub.

1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov "Azəryolservis" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı isə "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Geri qayıt