Əsas Səhifə > Güney Press / Ana xəbər > Tağı Əhmədov yeni vəzifəyə gətirilir

Tağı Əhmədov yeni vəzifəyə gətirilir


1-04-2015, 08:52
Tağı Əhmədov yeni vəzifəyə gətirilir
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının vəfat etmiş sədrini Metropolitenin sabiq rəisi Tağı Əhmədov əvəz edəcək.

diaaz.space Axar.az-a istinadən bildirilir ki, keçmiş deputat Fikrət İsmayılovun dünyasını dəyişməsindən sonra təşkilat sədrinin vəzifəsini aparat rəhbəri Tağı Əhmədov icra edəcək: "Bakı Metropoliteni”nin keçmiş rəisinin təşkilat sədri olacağı da istisna deyil.

Qeyd edək ki, 81 yaşlı F.İsmayılov martın 31-i, səhər saatlarında vəfat edib. O, 1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən YAP Yasamal rayon təşkilatına rəhbərlik edib.

Geri qayıt