Əsas Səhifə > Güney Press / Ana xəbər > Jurnalistin qızından Tamerlan Qarayevə qara qutu suçlaması
Jurnalistin qızından Tamerlan Qarayevə qara qutu suçlaması31-03-2015, 14:24 |
![]() “Germanwings” təyyarəsinin qara qutusundan çıxan səs qeydinin xronikasını dəqiqəbədəqiqə oxuyuram və göyərtədə baş verənləri aydın təsəvvür edirəm. Axar.az xəbər verir ki, bu sözləri ermənilərin 20 noyabr 1991-ci ildə vurduqları vertolyotda həyatını itirənlərdən biri – jurnalist Osman Mirzəyevin qızı Sevinc Osmanqızı Feysbuk sosial şəbəkəsindəki profilindən paylaşıb. S.Osmanqızı sözügedən vertolyotun qara qutusunun indiyə qədər gizli saxlanılmasına görə ittiham yağdırıb: “Atamın həlak olduğu Mİ-8 vertolyotunun qara qutusu ilə bağlı Tamerlan Qarayevlə olan söhbəti xatırlayıram: “Axı qara qutu sizin nəyinizə gərəkdir? O sizə hansı informasiyanı verəcəkdi ki? O, onsuz da texniki bir şeydir, ondan heç nə öyrənmək mümkün deyil”. Mİ-8 vertolyotunun salamat qalan qara qutusunu Rusiyaya gedər-gəlməzə göndərən parlament istintaq komissiyasının rəhbəri indi getsin xronikanı oxusun. Nə məqsədlə göndərirdi - bir özü, bir də havadarları bilir”. Geri qayıt |