Əsas Səhifə > Güney Press / Ana xəbər > "Məni döyənin 4 böyrəyi, 4 əli, iki başı olsun gərək"...
"Məni döyənin 4 böyrəyi, 4 əli, iki başı olsun gərək"...28-03-2015, 10:49 |
![]() Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun qurumun şöbə müdiri Fizuli Tanrıverdiyevi döydüyü iddia olunur. Editor.az xəbər verir ki, bu barədə sonolay.org saytı xəbər yayıb. Saytın yazdığına görə, icra başçısı ilə şöbə müdirinin sözləri düz gəlməyib və nəticədə icra başçı Akif Səlimov şöbə müdürini döyüb. Sayt iddia edir ki, Akif Səlimovun adam döyməsi birinci hal deyil, o bir müddət əvvəl başqa bir idarə müdirini də döyüb. “Qəsəbə sakinləri ilə yanaşı idarə müdqrləri də, Akif Səlimovun əlindən cana doyublar. Onun hədsiz hədələri və təhqirlərindən canı-boğazlarına yığlan sakinlər, eləcə də idarə müdirləri rahat nəfəs ala biləcəkləri günü səbirsizliklə gözləyirlər. Onlar Akif Səlimovun zülmündən qurtulmağın tək çıxış yolunu vəzifəsindən alınacağı günü olduğunu deyirlər”-deyə sayt yazır. Döyüldüyü bildirilən şöbə müdiri Fizuli Tanrıverdiyev də yazı ilə bağlı mövqeyini açıqlayıb. O sayta bu məlumatın yalan olduğunu bildirib: “Məni döyən hələ anasından olmayıb. Məni döyənin 4 böyrəyi, 4 əli, iki başı olsun gərək”. Geri qayıt |