Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısı ilə “Azərsu”nun ortaq korrupsiyası...

İcra başçısı ilə “Azərsu”nun ortaq korrupsiyası...


10-03-2015, 11:11
İcra başçısı ilə “Azərsu”nun ortaq korrupsiyası...
Xızı susuz qalıb.

Əhali su xəttinin çəkiləcəyi günü gözləyir. Rayonun icra başçısı Xəzər Aslanov isə bu istiqamətdə tədbir görməyib. Tia.az-a şikayət edən sakinlərin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı məqsədilə Xızıya vəsait ayrılıb. Bu proqram çərçivəsində rayonun içməli su təminatını yaxşılaşdırmaq nəzərdə tutulub. Sakinlərin verdiyi məlumata görə, amma proqram icra olunmayıb. İllərdir rayonda su xətləri yenilənmir, içməli su çəkilmir. Nəticədə əhali əziyyət çəkir, bulaqdan istifadə edir. Şikayətçilər iddia edir ki, içməli su təminatı üçün ayrılan vəsait icra başçısı tərəfindən mənimsənilib. Bu işdə “Azərsu” ASC-nin də iştirakı olduğu qeyd edilir.

Geri qayıt