Əsas Səhifə > Güney Press / Ana xəbər > Şok: Bakıda dindarların silahlı qarşıdurması;

Şok: Bakıda dindarların silahlı qarşıdurması;


10-03-2015, 10:44
Şok: Bakıda dindarların silahlı qarşıdurması;
Bir neçə saat əvvəl Xəzər rayonu Binə qəsəbəsində 5 vəhhabi güllələnib.

Bu barədə Binə qəsəbə sakini "Xeber.İnfo"-ya məlumat verib.

PİA.AZ-ın əməkdaşı baş verən silahlı insidentlə bağlı Xəzər Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Polis idarəsindən əməkdaşımıza bildiriblər ki, hadisəni Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsi araşdırır. Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsi ilə əməkdaşımız əlaqə saxlamağa çalışsa da, telefona cavab verilmədi.

* * *

Məlumata görə, Binədə "Parnik" yolu deyilən ərazidə dindar olduğu ehtimal edilən bir şəxs vəhhabilərin maşınına atəş açıb. Maşında 5 vəhabi olub. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdu.

Hadisəni törədən şəxs sonra könüllü olaraq polisə təslim olub.

Geri qayıt