Əsas Səhifə > Güney Press / Ana xəbər > 3 rayonda müəllimlərin əmək haqları niyə verilmir?

3 rayonda müəllimlərin əmək haqları niyə verilmir?


6-03-2015, 15:43
3 rayonda müəllimlərin əmək haqları niyə verilmir?
Azərbaycanın 3 rayonunda müəllimlərin əmək haqlarının verilməsi yubanır. Bu barədə GUNDEMİNFO.AZ-a bilgi verən mənbə bildirir ki, Sabirabad, Beyləqan və İmişli rayonlarında müəllimlərin fevral ayı üçün əmək haqlarının verilməsi gecikir. Məlumata görə, gecikməyə səbəb Maliyyə Nazirliyindən verilən göstərişdir. Bildirilir ki, MN-nin yerli idarələrinin hesabatlarında artıq siniflərin yaradılmasıf faktları aşkarlanıb. Bundan sonra isə nazirlik müəllimlər üçün əmək haqlarının banka köçürülməsini yubadır. Bilgi verən qaynaq iddia edir ki, hazırda Təhsil Nazirliyinin müvafiq qurumları da adıçəkilən rayonlarda siniflərin ləğv edilməsi üçün yoxlamalar aparırlar. Siniflərin ləğv edilməsi ilə müəllimlərin əmək haqlarının köçürülməsi baş verə bilər. Hələliksə, rayonlarda bu problem qalmaqdadır.

Geri qayıt