Əsas Səhifə > Güney Press / Ana xəbər > Dərbənddə azərbaycanlı məmurun işi araşdırılır

Dərbənddə azərbaycanlı məmurun işi araşdırılır


6-03-2015, 11:47
Dərbənddə azərbaycanlı məmurun işi araşdırılır
Bu gün səhər saatlarından Dərbənd Şəhər Təhsil İdarəsində yoxlamalar başlayıb.

Bu barədə Axar.az-a Dərbənddəki mənbədən məlumat verilib.

Hazırda Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi və Federal Təhlükəsizlik Xidməti idarədə yoxlamalar aparır. Təhsil idarəsinin rəhbəri milliyətcə azərbaycanlı olan Kazımov Nadir dövlət tərəfindən ayrılmış 67 milyon rubl miqdarındakı pulun mənimsənilməsində şübhəli bilinir.

Nadir Kazımovun həmçinin şəhər meri İmam Yaraliyevin yaxın adamıdır.

Geri qayıt