Əsas Səhifə > Güney Press / Ana xəbər > Əməkdar artistə vəzifə verildi
Əməkdar artistə vəzifə verildi6-03-2015, 11:37 |
![]() Azərbaycanın əməkdar artisti Azad Şükürov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Səhnə danışığı" kafedrasının müdiri vəzifəsinə seçilib. Bu barədə Report-a o, özü məlumat verib. Əməkdar artist bu vəzifəyə yenidən təyin olunduğunu deyib. "Mən 2001-2006 cı illərdə "Səhnə danışığı" kafedrasına rəhbərlik etmişdim. ADMİU-nun rektoru Fərəh Əliyevanın əmri ilə yenidən bu kafedraya rəhbər təyin edildim". Qeyd edək ki, Azad Şükürov uzun illər Bakı Bələdiyyə Teatrının aktyoru olub. Xatırladaq ki, indiyədək ADMİU-nun "Səhnə danışığı" kafedrasına Fərhundə Atakişiyeva rəhbərlik edib. Geri qayıt |