Əsas Səhifə > Güney Press / Ana xəbər > Hansı müğənnilər toy qiymətlərini qaldırıb

Hansı müğənnilər toy qiymətlərini qaldırıb


3-03-2015, 18:43
Hansı müğənnilər toy qiymətlərini qaldırıb
Ölkədə dolların kursunun qalxmasından sonra tütün məmulatlarının və digər məhsulların qiymətində müəyyən artım yaranıb.

Bəs görəsən fantastik qiymətlərlə toylara gedən müğənnilər necə, toy qiymətlərini artırıblar, yoxsa yox?

Editor.az bu suala cavab almaq üçün müğənnilərin özləri ilə əlaqə saxlayıb.

Xalq artisti Niyaməddin Musayev qiymətləri artırıb-artırmayacağını hələ bilmir: “Hələ bilinmir nə olacaq. Yəqin, bunu biraz sonra bilərik. Hələki əvvəlki qiymətlərlə toylara gedirik”.

Müğənni Manaf Ağayev toya dollarla deyil, manatla getdiyini, bu səbəbdən qiymət artımına zərurət olmadığını söylədi: “Bunun bizə elə də zərbəsi yoxdur. Biz ticarətlə məşğul olmuruq. İfamızla çörək qazanırıq. Qiymətləri niyə artırmalıyıq ki?”

Müğənni Baloğlan Əşrəfov toy qiymətlərini olduğu kimi saxlayıb: “Dolların qiyməti nə qədər qalxıb ki?! Deyirsən, 3-5 qəpiyə görə, biz qiymət qaldıraq. Belə bir şey yoxdur. Əvvəlki qiymətlərə toya gedirəm”.

Müğənni Cavanşir Məmmədov qiymət artırmaq niyyətində deyil: “Mən pula xidmət etmirəm, xalqıma xidmət edirəm. Sənətə də, alver niyyəti ilə, 3-5 günlük gəlməmişəm. Qiymət artırmaq fikrim yoxdur və ola da bilməz”.

Geri qayıt