Əsas Səhifə > Güney Press / Ana xəbər > Cavid Qurbanovun ilk həmləsi milyonlara hesablanıb
Cavid Qurbanovun ilk həmləsi milyonlara hesablanıb3-03-2015, 18:28 |
![]() “Azərbaycan Dəmir Yolları” QSC-nin təmir-inşaat idarəsi Bakı Dəmir Yol Stansiyasının balansında olan “Vağzal” mehmanxanasının binasının üzləmə materiallarını sökməyə başlayıb. Bu, ADY-nin yeni sədri Cavid Qurbanovun bu il fevralın 9-da bu vəzifəyə təyin edildikdən sonra atdığı ilk ictimai addımdır. Maraqlıdır ki, dəmir yolu kassalarının və s. də yerləşdiyi 16 mərtəbəli otelin perimetri boyunca üzləmə hələ bir neçə ay əvvəl başa çatmışdı. Bu zaman yerli mənşəli bahalı daş materiallardan istifadə olunmuşdu. İşçilərdən birinin sözlərinə görə, yeni rəhbərlik bu materialların “çox ağır” olduğunu və binanın yükünü artıraraq, seysmik davamlılığını azaltdığını düşünüb. “ADY” QSC əvvəl də üzləmə xərclərinin məbləğini açıqlamamışdı, indi də üzləmə materiallarının sökülməsinin və yenisi ilə dəyişdirilməsinin neçəyə başa gələcəyini açıqlamır. Lakin aydındır ki, söhbət milyonlardan gedir.
Geri qayıt |