Əsas Səhifə > Güney Press / Ana xəbər > "Beynəlxalq Bank" bizi xaricdə də tapıb, aldadır...
"Beynəlxalq Bank" bizi xaricdə də tapıb, aldadır...3-03-2015, 09:08 |
![]() Modern.az Türkiyədə təhsil alan tələbə Əfqan Abbasovdan Beynəlxalq Bankla bağlı şıkayət məktubu alıb. Məktubu olduğu kimi təqdim edirik: “Salam, mən Türkiyədə tələbəyəm. 3 ildir Beynexalq Bankın visa kartını işlədirəm. Mən ayın 19 u Türkiyədə kartımdan 4000 lira çəkmişəm. Pulu çəkəndən sonra hesabıma baxdım, 1307 manat qalıdrıd. Üstündən 3 gün keçəndən sonra ayın 22-də kartımı yoxladım və məlum oldu ki, 418 manat pul var. Bunun səbəbini araşdırdım. Məlum oldu ki, 4000 lirani ayın 22-də olan məzənnə ilə hesablayıblar və buna görə də hesabımdan 1754 manat çıxıblar. Halbuki mən pulu çəkəndən 2 gün sonra dollar qalxıb. Bununla bağlı banka müraciət etdim. Cavab olaraq bildirildi ki, hansı gün pulu kartdan çıxarmısınızsa həmin günün məzənnəsi ilə hesablanır. 1 gün sonra isə başqa bir cavab verdilər. İndi mən nə etməliyəm...”. Geri qayıt |