Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş xidmət rəisi biznesinin başındadır

Keçmiş xidmət rəisi biznesinin başındadır


27-02-2015, 10:49
Keçmiş xidmət rəisi biznesinin başındadır
Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin keçmiş rəisi Arif Qaraşovdan yeni xəbər var.

Tia.az-ın əldə etdiyi məlumata görə, uzun müddətdir gözə dəyməyən Qaraşov öz hücrəsinə çəkilib, gündəmə gəlməməyə çalışır. Onun Şamaxıda biznesini idarə etdiyi vurğulanır. İlin əsas vaxtı Bakıda və Şamaxıda olan sabiq rəis ona yeni vəzifə veriləcəyini gözləmir. Odur ki, başı biznesinə qarışıb. Bir müddət əvvəl onun Yasamalın icra başçısı təyin olunacağı haqda xəbər tirajlansa da, təsdiqini tapmadı. Məlumatlara görə, Bakıda iri biznes strukturlarında payı olan Arif Qaraşovun həm də paytaxtın məhşul klinikalarından olan “Medical Plaza”nın sahibidir. Onun postundan uzaqlaşdırılmasından sonra pullarını Türkiyə və Dağıstanda tikinti sektoruna yatırdığı da iddia edilirdi.

Geri qayıt