Əsas Səhifə > Güney Press / Ana xəbər > "Rahat" marketə bu millətdən bir təşəkkür düşür...
"Rahat" marketə bu millətdən bir təşəkkür düşür...26-02-2015, 10:26 |
|
Bu şəkli bu gün əməkdaşımız supermarketin girəcəyində çəkib. Deyərlər, filan brendin adını çəkməyək, reklam olar. Amma biz bu supermarketin adını çəkək, reklam olar da, olsun. Zatən, belə addımlar geniş reklam olunmalıdır ki, başqalarına da görk və nümunə olsun. Alıcılarına "köhnə qiymətlərlə" xidmət göstərməkdə davam edən ticarət mərkəzinin adı "Rahat market"dir. Adı kimi də işi var. Şəkildə görünür ki, market rəhbərləiyi alıcıların diqqətinə "Tapa bilmədiyiniz mallar varsa, baha almayasınız deyə satmırıq" qeydi də var. Ancaq əməkdaşımız deyir ki, bu marketdə insanın iştahının çəkə biləcəyi yüz bir çeşiddə ərzaq məhsulları var - Hacıqabul yumurtasından tutmuş ta təmizlənmiş və dənəvər buzların içində saxlanan çay qızıl balığına qədər. Bütün bu məhsulların hamısı manatın ucuzlaşmasından əvvəlki qiymətə təklif olunur. Yeri gəlmişkən, təmizlənmiş çay forelinin kilosu 11 manat 90 qəpikdir. Bu, ondan xəbər verir ki, bu supermarket manatın ucuzlaşması ilə bağlı ya təşvişə düşməyib, ya da düşəcəyi maddi ziyanla barışaraq möhtəkirliyə yozula biləcək addımlardan imtina edib. Hər halda, belə görünür ki, köhnə qiymətlərlə davam edən marketlərin alveri yaxşı gedəcək... Geri qayıt |