Əsas Səhifə > Güney Press / Ana xəbər > Əlillər Prezident Administrasiyası qarşısında aksiya keçirəcək

Əlillər Prezident Administrasiyası qarşısında aksiya keçirəcək


25-02-2015, 10:01
Əlillər Prezident Administrasiyası qarşısında aksiya keçirəcək
FaktXəbər-in verdiyi məlumata görə, 2-ci qrup Qarabağ müharibəsi əlilləri Rəhmanov Əhməd Fazil oglu və Süleymanov Adil Əhməd oğlu Azərbaycan Respublikasında yaşayan əlillər və onların hüquqlarını qoruyan təşkilat rəhbərlərinə müraciət ünvanlayıb. Həmin müraciətdə deyilir:

"Bildiyiniz kimi, “Əlillərin Sosial Mudafiəsi haqqında Azərbaycan Respublikası Qanun”unda əlillərin məşğulluğu ilə bağlı bir çox maddələr vardır. Bunların arasında da əsas rollardan birini 25-ci maddə təşkil edir. Bu maddəyə görə, mənsubiyyətindən asılı olmayaraq bütün idarə və təşkilatlara əlillərin işlə təmin olunmasının vacibliyi vurgulanır. Həmin maddədə əsasən, hər bir idarə, müəssisə və təşkilatda 25 işcidən 1-ni əlliliyi olan insan təşkil etməlidir və bu kvotanı pozanlar orta əmək haqqının 3 misli qədər, əlili işdən cıxaranlar isə 20 misli qədər Dövlət Sosail Mudafiə Fonduma cərimə ödəməlidir. Lakin bu qanun bu günə kimi ancaq kağız üzərində qalmışdır. Əlillərimizin əksəri isə bu gün işsizdir və dövlətin ayırdıgı cüzi pensiyaya möhtacdır. Heç kimdən gizli deyil ki, əlillərimiz cox hissəsi valideyn və yaxınlarının himayəsində olmasalar, verilən pensiya ilə dolana bilməzlər. Bu səbəbdən də, sizləri öz əmək hüquqlarımızın mudafiəsinə cağırırıq. Biz artıq bir necə dəfə şəxsən özümüz və üzvu oldugumuz əlillər təşkilatları adından əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslumova bu qanunun həyata kecməsi, kvotanı təmin etməyən təşkilatlar barədə ciddi tədbirlər görülməsi ilə bağlı müraciətlər etməyimizə baxmayaraq, bu günə kimi hec bir tədbir görulməyib.

Hörmətli əlilliyi olan dostlar. Sizləri öz əmək hüquqlarımızın qorunması ücün 2 mart 2015-ci il tarixində Prezident Administrasiyasının qarşısına imza toplama aksiyasına dəvət edirik. Aksiya ücün artıq Bakı şəhər İcra Hakimiyyətinə muraciət olunmuşdur

İmza Əhməd Rəhmanov 077 710 4644

Adil Suleymanov 077 373 3673".

Qeyd edək ki, Əhməd Rəhmanov В«Qarabağ əlilləri və veteranları cəmiyyəti" İB-nin Nəsimi rayon şöbəsinin sədridir.

Geri qayıt