Əsas Səhifə > Güney Press / Ana xəbər > Bankların əksəriyyəti valyuta mübadiləsini dayandırıb

Bankların əksəriyyəti valyuta mübadiləsini dayandırıb


24-02-2015, 11:47
Bankların əksəriyyəti valyuta mübadiləsini dayandırıb
Fevralın 24-ü səhərdən paytaxtın bir çox bank və valyutadəyişmə məntəqələri valyuta mübadiləsi üzrə əməliyyatlar keçirmirlər. Ötən gün də analoji vəziyyət müşahidə edilib. Mərkəzi Bankın bəyanat və elanlarına baxmayaraq, valyutadəyişmə məntəqələrinin çoxu yeni məzənnə ilə valyuta alqı-satqısı həyata keçirməyiblər.

Çərşənbə axşamı səhərdən mübadilə “Kapital” bankın mərkəzi ofisində aparılıb. Lakin bankın qarşısında böyük növbə yaranıb.

Valyutadəyişmə məntəqələrində Turan-ın müxbirinə bildirilib ki, pul yoxdur və ya əməliyyatın aparılması üçün göstəriş daxil olmayıb.

Pul köçürmələri ilə bağlı analoji vəziyyət yaranıb. Vətəndaşlar pul göndərə və ya onlara göndərilən pulu ala bilmirlər.

Bunun səbəbləri və vəziiyətin nə qədər belə davam edəcəyi ilə bağlı şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, fevralın 21-də AMB qəflətən manatı 33,5% ucuzlaşdırdıqdan sonra maliyyə gərginliyi yaranıb.

AMB bildirib ki, fevralın 23-də 6 bankın 10 valyuta mübadilə şöbəsinin mövcud tələbləri gözləlməməsi halı aşkarlanıb və həmin şöbələrə verilmiş icazələr ləğv edilib.

Qeyri-rəsmi mənbələrə görə, söhbət milli valyutanın məzənnəsinin süni olaraq aşağı salınmasından, dollar və avronun məzənnəsinin şişirdilməsindən gedir.

Geri qayıt