Əsas Səhifə > Güney Press / Ana xəbər > Ərəb imamının “Yer fırlanmır” iddiasını Azərbaycanda belə fırlatdılar...

Ərəb imamının “Yer fırlanmır” iddiasını Azərbaycanda belə fırlatdılar...


20-02-2015, 15:08
Ərəb imamının “Yer fırlanmır” iddiasını Azərbaycanda belə fırlatdılar...
DİA.AZ: - Bir neçə gün əvvəl bir vəhabi imamı yerin fırlanmadığını iddia etdi və bu iddiası ilə də böyük səs-küyə səbəb oldu. Ən çoxu da “Facebook”da... Qalaq-qalaq statuslar yazıldı, qat-qat “layk”lar...

Biz də tanınmış yazar Murad Köhnəqala ilə diaaz.space-ın baş redaktoru Məhəmməd Ərsoy arasında 2 gün ərzində gedən “facebook” polemikasını diqqətinizə çatdırmaq qərarına gəldik. Zənn edirik ki, sizin də marağınıza səbəb olacaq...


1-ci gün

Murad Könəqala başlayır: Səudiyyə imamının fikrinə mən də qoşuluram. Doğrudan da, Yer kürəsi fırlansaydı biz bir yerdə durub tez-tez tullanmaqla istədiyimiz yerə gedə bilərdik. Yəni, ayağımızı yerdən üzdükcə, iş yerimiz, qonşu kənd, uzaq şəhərlər, ölkələr fırlanıb yanımıza gələ bilərdi...

Mehemmed Ersoy - Dünəndən mən də yoxlayıram.... Elə yerimdə qalmışam... İmama mən də qoşuluram, onu dəstəkləyirəm

Murad Kohneqala - Harasa getmək üçün düzgün mövqe seçib yerindəcə tullanmaq lazımdı...

Mehemmed Ersoy - nə qədər gec deyil.... Hamınız ona biət edin... Yer fırlansaydı, ən azından başımız gicəllənərdi... Bunu bir fikirləşin

Murad Kohneqala - Bəli, apteklərdə ürəkbulanmaya qarşı dərmanlar üçün uzun növbələr yaranardı...

Mehemmed Ersoy - Bəli, Bəli, tam razıyam... ürəkbulanma dərmanının barreli 120 dollara qalxardı... Bəlkə də daha baha olardı... Nə bilim...

Murad Kohneqala - Yer nəyə görə fırlanmalıdı? Səbəb nədi axı? Dəli-zaddı? Bunun hamısı mason işidi, istəyirlər Yeri özləri kimi yüngülsaqqal eləyələr...

Mehemmed Ersoy - Məncə də... Yer yumru olduğuna görə fırlanmaq zorunda deyil... qarpız da yumrudur... Bəlkə bir desinlər ki, qarpız da öz oxu ətrafında fırlanır.... Avamlar...

Murad Kohneqala - Allahın işi-gücü qurtarıb bəyəm, durub uşaq kimi Yer fırlada?..

Mehemmed Ersoy - Hələ mənim yerin dəyirmi, girdə olmasına da şübhəm var... Çünki yer dəyirmi olsaydı, onun üstündə ev tikmək çətin olardı... Gərək, ekskavatorlarla illərnən yeri düzləyərdik... Deməli, bu da kökündən səhv fikirdir

Mehemmed Ersoy - Bu günkü söhbətimizdən nəticə: Yer heç də dəyirmi (girdə) deyil və ümumiyyətlə fırlanmır.... Murad, bunu qeyd elə, yolla o uzunsaqqal gədəyə

Murad Kohneqala - Rəhmətlik nənəm sinilərə xəngəl çəkəndə deyərdi, yeyin, hərənizə bir planet vermişəm. Qarı demək istəyirdi ki, Yer xəngəl sinisi kimi düzdü. Xəngəl yarpaqları onun torpağı, dağı-daşıdı, üstündəki yağ onun axar sularıdı, qurud isə buludlardı...

Mehemmed Ersoy - Amma mən planetimizi çox buludlu xoşlayıram.... Allah nənəyə rəhmət eləsin

Murad Kohneqala - Allah ölənlərinə qəni-qəni rəhmət eləsin! Elə qurud sözü də bulud sözündəndi. Bəzən səhvən sininin özünə də bulud deyirlər, ancaq bu kökündən yanlışdı...

Mehemmed Ersoy - Mən də razıyam....Bax, xəngəl sözü də əngəl sözündəndir... daş-kəsək yolumuzda əngəldir...

Mehemmed Ersoy - Yox, gərək, təcili neftin qiymətin qaldıraq.... Yoxsa o uzunsaqqal gədə sabah da durub deyəcək ki, Yer öküzün buynuzları üstündə dayanıb... Məcburuq ki, onu da sübut eliyək....

Murad Kohneqala Masonlar nə qədər özünü cırsa da xeyri yoxdu, öküz buynuzu üstündə xəngəl sinisi durmaz...

Mehemmed Ersoy Məncə də... nəlbəki desəydilər.... barı... razılaşmaq olardı... Sini haa....


2-ci gün...


Mehemmed Ersoy - Murad, gördünmü Yer fırlanır... Lamiyə azadlığa çıxdı


Murad Kohneqala - Hə, Maqa, mən dediyim kimi eləyib, yerində tullanıb, axırda Şəmkir özü türmənin qarşısına gəlib...

Mehemmed Ersoy - Vaxtın olsa, göyə tullan... Sənin bir üzünü görək))))

Murad Kohneqala - Çoxdandı Bakıya getmək üçün yerimdə tullanırdım. Ancaq bir dəfə şəhər gəlib-keçib, yatmışam, bilməmişəm, proyexal, yəni... )))

Mehemmed Ersoy - Bir dəfə də mən Şamaxı adınnan evdən çıxıb, yolda nətər yuxuladımsa, Berlindən uşaqlar qaytardılar...

Murad Kohneqala - Adətən, mən tullananda Bakıya Biləcəridən minirəm...

Mehemmed Ersoy - Yox, mən elə qıvraq döyləm... Motorum 1.2-dir... "oborot"um zəifdir

Murad Kohneqala - Belə baxanda Qaradağdan da minmək olur, ancaq nəsə o stansiyadan xoşum gəlmir. Çünki Qaradağda sürət çox da yavaşımır, ona görə basabas yaranır. Elə vaxtlar olub əlizənbilli kişilər minə bilməyib, Yerin böyründən aşağı yıxılıblar...

Mehemmed Ersoy - Ən zülümlüsü perevalı tullanmaqdır... məncə...

Murad Kohneqala - Bəs nədi? Perevallarda minmək də, düşmək də çətin olur. Həm də yay vaxtı yerindən birdən-birə götürdəndə ağaclarda silkələnmə olur, meyvələr yerə tokülür. Bununla da ölkədə kənd təsərrüfatı məhsullarında qıtlıq yaranır. Bu da nəticədə aclığa, səfalətə gətirib çıxara bilir. Ona görə son vaxtlar perevallarda minməyə qadağa qoyulmalıdı. Görək dəə, nolur, bu problemlə bağlı Milli Məclisdə qanun layihəsi müzakirə olunmalıdı...

Mehemmed Ersoy - Səsə salma... Ağıllarına batar birdən...

Geri qayıt