Əsas Səhifə > Güney Press / Ana xəbər > "Bəzi deputatlar da qanunsuz ərazilərdə ev tikdirirlər"
"Bəzi deputatlar da qanunsuz ərazilərdə ev tikdirirlər"20-02-2015, 12:43 |
|
"Hazırda qanunsuz tikililərlə bağlı 19 500 məhkəməlik işimiz var. Azərbaycan tarixində belə bir şey olmayıb". Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) hüquqşünası Eldar Orucov jurnalistlərə açıqlamasında deyib. SOCAR-ın hüquqşünası bildirib ki, Bakı şəhərində uşaq ölümlərinin artmasının bir səbəbi də neft tullantıları ilə çirklənmiş ərazilərdə qanunsuz şəkildə evlərin tikilməsidir: "Hazırda Binəqədi və Sulutəpə ərazisində fəaliyyətsiz quyular var. Onların təmiri planda yoxdur. Nə vaxtsa belə bir şansın olacağını da dəqiq bilmirik. Həmin ərazilər ekoloji tərəfdən çirklidir. Ancaq vətəndaşlarımız hər addımbaşı ev tikirlər. Həmin ərazilər isə qanunla mədən statusu var. SOCAR-ın balansındadır. Bu isə həmin ərazidə ev tikən insanların ekoloji və fiziki sağlamlığına ciddi təhlükədir. Həmin ərazilərdə uşaqlar neft quyularına düşürlər. Dəmiryolu relsləri üzərində oynayarkən onları qatar vurur. Bu isə Bakı şəhərində uşaqlar arasında ölüm hallarının artmasına gətirib çıxarır. Açığını deyim ki, mən həmin qanunsuz ev tikən insanları qınamıram. Çünki bizim Milli Məclisin bir sıra deputatları da orada qanunsuz şəkildə ev tikirlər. SOCAR-ın təhlükəsizlik xidməti "ordusu" da hər addımbaşı tikilən bu evlərin qarşısının alınmasında çətinlik çəkir". Geri qayıt |