Əsas Səhifə > Güney Press / Ana xəbər > Əslən udin olan qız Kəmaləddin Heydərovdan iş istədi

Əslən udin olan qız Kəmaləddin Heydərovdan iş istədi


20-02-2015, 12:13
Əslən udin olan qız Kəmaləddin Heydərovdan iş istədi
Milliyyətcə udin olan Azərbaycan vətəndaşı Elista xanım fövqəladə hallar naziri Kəmaləddin Heydərova iş üçün müraciət edib. FaktXəbər-ə göndərilən məktubun məzmununda deyilir:

В«Salam, çox hörmətli Kəmaləddin Heydərov. Sizə işə ehtiyacı olan, ancaq heç cürə normal işə girə bilməyən və Sizin yardımınıza ehtiyacı olan çox yoxsul bir qız müüraciət edir. Adım Elistadır. 33 yaşım var. Milliyyətcə udinəm. Qəbələdə qeydiyyatda olsam da, hazırda Bakıda yaşayıram. Rus və Azərbaycan dillərini mükəmməl bilirəm. Kompyuter biliklərinə malikəm. Məqsədyönlüyəm, münaqişəyə qoşulmuram, tez öyrənənəm, işə ciddi yanaşıram. Həyatda nəsə qazanmaq istəyirəm. Ümidvaram ki, məktubu oxuyacaq və yardım edəcəksiniz. Zəng etmək istəsəniz 051 807 12 09В».

Geri qayıt