Əsas Səhifə > Güney Press / Ana xəbər > Dəmiryolunun “yüksək vəzifəli şəxsi” saxlanılıb

Dəmiryolunun “yüksək vəzifəli şəxsi” saxlanılıb


19-02-2015, 14:05
Dəmiryolunun “yüksək vəzifəli şəxsi” saxlanılıb
Bakının Nəsimi rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb. Bu barədə Nəsimi RPİ-dən məlumat verilib.

Əməliyyat zamanı 55 yaşlı Məhərrəmov Əlovsət Əvəz oğlu saxlanılıb. O, vətəndaşları aldadaraq onlardan FHN işə düzəltmək adı ilə pul alıb. Ümumilikdə bu üsülla vətəndaşların 10 min manatdan artıq pulunu mənimsəyən Ə.Məhərrəmov barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Ə.Məhərrəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağının Mülki Müdafiə Qərargahının rəisidir. QSC-dən “Report”a bildirilib ki, hazırda Ə.Məhərrəmovun səlahiyyətləri QSC-nin mühəndis vəzifəsində çalışan Vüsal Məmmədova həvalə olunub.

Geri qayıt