Əsas Səhifə > Güney Press / Ana xəbər > “AAAF” şirkəti niyə dələduz çıxarıldı?

“AAAF” şirkəti niyə dələduz çıxarıldı?


18-02-2015, 13:34
“AAAF” şirkəti niyə dələduz çıxarıldı?
Tofiq Heydərov üçün növbəti ağır sınaq dövrü sayılan bu mərhələdən necə çıxacağı sual doğurur.

Çünki nəhəng layihə həyata keçirən şirkətin adı dələduz MTK-larla birgə hallanıb.
TİA.az xəbər verir ki, Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərtac”da yazdığı məqalədə mənzil bazarındakı dələduz şirkətlərin adları açıqlanıb.

Həmin siyahıda AAAF tikinti firmasının da adı çəkilir. Siyahıda yer alan şirkətlərin bir qisminin fəaliyyətinə xitam verilib, bir hissəsinin rəhbəri həbs olunub. Bu tərtibatda T.Heydərovun şirkətinin də adının yer alması bəzi mətləblərdən xəbər verir.

Şirkətin “Sevil” massivinin aqibətini yaşayacağı istisna olunmur. Bir müddət əvvəl də yaşayış kompleksinin idarəçiliyində vəhhabilərin olması haqda xəbərlər yayılmışdı, şirkət isə bu iddiaları təkzib etmişdi.

Geri qayıt