Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azvirt” MMC-də yoxlamaların aparıldığı xəbəri yayıldı
“Azvirt” MMC-də yoxlamaların aparıldığı xəbəri yayıldı18-02-2015, 12:18 |
![]() Nəqliyyat naziri Ziya Məmmədova aid “Azvirt” MMC-də yoxlamalar aparılır. Şirkətdən işçilərin ixtisar olunması barədə prezidentə edilən müraciətlər bu araşdırmaları şərtləndirib. Tia.az-ın əldə etdiyi məlumata görə, nazirin şirkətində kütləvi ixtisarlar olub. İşini itirən vətəndaşlar ölkə başçısına müraciət edib. Azərbaycanda iri yol tikinti layihələrini həyata keçirən “Azvirt” MMC-nin fəaliyyəti araşdırılır. Tenderlərdə ən çox qalib olan şirkətin işçilərini ixtisara salması şübhələr doğurub. Ona görə də prezidentə edilən müraciətlər təftiş olunur. Nazirə yaxın olan bu şirkət Serbiya, Rumıniyada da magistral yolların çəkilişini həyata keçirib. Geri qayıt |