Əsas Səhifə > Güney Press / Ana xəbər > Ukrayna azərbaycanlı milyarderə axır ki, cinayət işi aça bildi

Ukrayna azərbaycanlı milyarderə axır ki, cinayət işi aça bildi


18-02-2015, 09:51
Ukrayna azərbaycanlı milyarderə axır ki, cinayət işi aça bildi
“Oriana” Neft-kimya zavodunu qanunsuz ələ keçirərək dövlət büdcəsinə milyon dollarlıq ziyan vurduğuna görə “Lukoyl” şirkətinə qarşı cinayət işi qaldırılıb”.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Təhlükəsizlik Xidməti yayıb.

Məlumatda “Lukoyl”un “Oriana” zavodunu aldığı zaman müəssisənin avadanlıqlarının modernləşdirilməsi üçün ayrılan 170 milyon avronu ödəmədiyi bildirilib. Buna qarşılıq olaraq isə Avropa banklarından biri Kiyevin hesabına bu krediti bağlayıb. Nəticədə Ukraynanın dövlət büdcəsindən qanunsuz yerə xeyli pulun xərclənməsinə səbəb yaranıb.

Qeyd edək ki, bundan öncə Ukrayna Təhlükəsizlik Xidmətinin saytında “Lukoyl”a qarşı terrorçuların maliyyələşdirilməsi və çirkli pulların yuyulmasında iştirakına görə cinayət işinin açıldığı haqqında məlumat yerləşdirilmişdi. Şirkətin sahibi Vahid Ələkbərov isə Kiyevdən buna aydınlıq gətirilməsini istəmişdi.

Geri qayıt