Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azər-mühafizə” MMC-nin rəhbəri də məhkəməyə verildi

“Azər-mühafizə” MMC-nin rəhbəri də məhkəməyə verildi


17-02-2015, 13:47
“Azər-mühafizə” MMC-nin rəhbəri də məhkəməyə verildi
Ağcabədi sakinləri mühafizə şirkətinin rəhbəri tərəfindən aldadılması faktı ilə bağlı polisə müraciət ediblər.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 16-da Ağcabədi rayon sakinləri Nadir Cəfərov, Fikrət Əliyev, Emin Rzayev, Mirza İbrahimov və Vasif Quliyev rayon polis şöbəsinə müraciət ediblər.

Onlar 2014-cü ildə “Azər-mühafizə” MMC-nin Ağcabədi rayon filialının rəisi Malik Səfərov tərəfindən aldadıldığını və ümumilikdə 12900 manat pullarının mənimsənildiyini bildiriblər.

Faktla bağlı araşdırmalar aparılır.

Geri qayıt