Əsas Səhifə > Güney Press / Ana xəbər > İki icra başçısının qohumunun fırlldağından prezidentə şikayət
İki icra başçısının qohumunun fırlldağından prezidentə şikayət16-02-2015, 15:36 |
![]() DİA.AZ: - Əbülfəz Cəlal oğlu Əliyev DİA.AZ-a şikayət məktubu ilə müraciət edib. Həmin müraciəti təqdim edirik: “Mən Əliyev Əbülfəz Cəlal oğlu Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı və şəriki vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşnalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək yarım milyon dollara qədər pulunu mənimsəyib. 2 ilə yaxın müddətdə etdiyim çoxsaylı müraciətlərın araşdırılması Rövşən Aslanov və himayadarları olan iki rayonun icra başcısı tərəfindən bu günə kimi qarşısı alıınmışdı. Bu müraciəti etməkdə məqsədim düşdüyüm bu çıxılmaz vəziyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və müvafiq dövlət qurumlarının rəhbərlərinə çatdırmaqla bərabər, sizin vasitənizlə bu cür “məmurların” əməllərini sıravi vətəndaşlara çatdırmaq üçün ictimailəşdirilməsini sizdən rica edirəm. Onu da qeyd etmək istəyriəm ki, bu “məmur”lar əmlakımı və pulumu mənimsəməklə bərabər, insanların mənə göstərdiyi etibara və etimada qarşı da dələduzluq əməlləri ediblər. Rövşən Aslanov öz himayədarlarına güvənərək bu günədək öz dələduz əməllərini davam etdirir. Atdığım bu addımın hansı dərəcədə məsuliyyətli oduğunu bildiyimdəm müvafiq dövlət qurumlarının nümayəndələrinə bildirmək istəyirəm ki, bu işin ictimaişlədirilməsində heç bir siyasi və digər marağım yoxdur. Sadəcə olaraq çoxlu sayda insanlar tapdalanmış haqq və hüquqlarını mətbuat vasitəsilə ictimai qınaq yolu ilə öz hüquqlarını bərpa etdiklərini bildiyimdən mən də öz problemimi bu yolla həll etmək ehtimalını nəzərə alaraq bu cür addım atdım. Sizinlə bir yerdə vətəndaşlarımızın bu cür insanlardan qorunmasında, sayıqlığının artırılması istiqamətində mətbuat vasitəsilə maraifləndirmiş oluruq. Onsuz da bu istiqamətdə mətbuatın rolu danılmazdır. Eyni zamanda bildirmək istəyirəm ki, başıma gələn bu hadisələr mənim siyasi və dövlətə olan əqidəmi dəyişməyib, dövlətimə və Prezidentim cənab İlham Əliyevə sadiq bir zabitəm”. Geri qayıt |