Əsas Səhifə > Güney Press / Ana xəbər > Ər arvadını əxlaqsızlıq yuvasında öldürdü
Ər arvadını əxlaqsızlıq yuvasında öldürdü16-02-2015, 15:17 |
![]() Abşeron rayon Masazır qəsəbəsində yerləşən "Romi" motelində qətl hadisəsi baş verib. Axar.az-a daxil olan qeyri-rəsmi məlumata görə, moteldə olan qadını öz əri qətlə yetirib. Hazırda hadisə yerində polis əməkdaşlarının olduğu bildirilir. "Romi" motelinin əxlaqsızlıq yuvası olduğu barədə məlumatlar var. İlkin ehtimala görə, qətlin səbəbi də budur. Ölən və qatilin şəxsiyyəti müəyyənləşməyib. *** Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsindən məlumatı Axar.az-a təsdiqləyiblər. Qətlə yetirilənin və qatilin adının hələlik müəyyənləşmədiyi qeyd olunub. *** Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, qatil Zöhrab İsmayılovdur. O, arvadı Vəfanı qətlə yetirib. Geri qayıt |