Əsas Səhifə > Güney Press / Ana xəbər > Xanım müğənninin 50 minlik avtomobili

Xanım müğənninin 50 minlik avtomobili


16-02-2015, 14:43
Xanım müğənninin 50 minlik avtomobili
Avtolent.az “Avtomobil idarə edən məşhur xanımlar” rubrikasını davam etdirir. Rubrikamızın budəfəki qonağı tanınmış tarzən-müğənni Humay Qədimovadır.

H.Qədimova 2007-ci ildən sürücülük vəsiqəsi əldə edib və həmin ildən avtomobil idarə edir.

Xanım müğənninin ilk avtomobili “Hyundai SantaFe” olub. O, hazırda 50 min dollara aldığı “Toyota Prado” sürür.

H. Qədimova yol polisləri ilə münasibətinin pis olmadığını qeyd edib: “Məni yol polisi adətən telefonla danışdığım üçün saxlayır. Bəzi hallarda hörmət edirlər. Amma mən heç vaxt tituldan istifadə etmirəm”.

Tarzən-müğənni bəzi qaydaları pozduğunu da etiraf edib: “Təhlükəsizlik kəmərindən istifadə etməyi xoşlamıram və ona görə də əksər vaxtlar kəmər bağlamıram. Yüksək sürətdən hər zaman qaçmışam. Ona görə ki, yerdəkilərlə dil tapmaq olur, lakin göydəkilərlə yox. Göydəkilər deyəndə radarları nəzərdə tuturam. Bu günə qədər ciddi qəza törətməmişəm”.


Xanım müğənninin 50 minlik avtomobili
Xanım müğənninin 50 minlik avtomobili
Xanım müğənninin 50 minlik avtomobili
Xanım müğənninin 50 minlik avtomobili
Xanım müğənninin 50 minlik avtomobili
Geri qayıt