Əsas Səhifə > Güney Press / Ana xəbər > "Keçən il ofisimizə gələn qaz SOCAR tərəfindən bağlandı"
"Keçən il ofisimizə gələn qaz SOCAR tərəfindən bağlandı"16-02-2015, 14:25 |
![]() Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dəfələrlə bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. O, qeyd edib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Komitə sədri 29 yanvarda “İnterfaks-Azərbaycan”-a müsahibəsində qeyd edib ki, Azərbaycan az sayda ölkələrdən biridir ki, müxtəlif dini icmalara dövlət kömək edir: “ Dövlətimiz həmişə islam icmasına kömək edib. Bu gün komitəmiz vasitəsilə dini icmaların müxtəlif layihələrinə yardım edirik. Əvvəllər bu icmalara Qafqaz Müsəlman İdarəsi ( QMİ ) kömək edirdi. Bu kömək bu gün də davam edir. Onu da qeyd edim ki, qeyri-islam dinindən olan icmalara da QMİ və bizim komitəmiz tərəfindən dəstək verilir, bu icmalara və konfessiyalara yardım edilir”. (vesti.az) Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar mövcuddur ki, onların arasında islam dini çoxluq təşkil edir və əhalimizin 95 faizi islam dininə ibadət edir. Konstitutsiyamızın 48-ci maddəsində hər bir vətəndaşın vicdan azadlığı təsbit olunub. Əsas qanunumuzda qeyd olunur ki, din dövlətdən ayrıdır, bütün dinlər qanun qarşısında bərabərdir. (azerbaijans.com) Biz qeyri-islam dinlərinin dövlətdən yardım almaq məsələsini aydınlaşdırmaq qərarına gəldik. Bu məsələ ilə bağlı Azərbaycan baptistlər ittifaqının rəhbəri İlya Zençenkoya müraciət elədik. O, qafqaznews.org-a bildirdi ki: “ Biz dövlətdən heç bir yardım almırıq. Əksinə dövlət qurumu olan SOCAR biz baptistlərə mane olur. Keçən il sentyabr ayında ofisimizə gələn qaz SOCAR tərəfindən bağlandı”. Dini icma rəhbərinin sözlərinə görə, SOCAR-ın nümayəndələri tələb edib ki, qaz istifadəsinə görə hüquqi şəxs kimi müqavilə bağlayın: “ Bunun üçün SOCAR bizdən 730 manat tələb elədi. Bunu ödəyəndən sonra daha 300 manat tələb elədi. Cəm halında biz 5 min manat pul ödədik. Ancaq bizə demişdilər ki, ölkə başçısının “Dini icmalar haqqında” sərəncamına görə baptist icması qazla pulsuz təmin olunmalıdır. Ancaq bizi o siyahıya daxil etməyiblər”. Geri qayıt |