Əsas Səhifə > Güney Press / Ana xəbər > В«AzərsuВ»da milyonluq В«boru əməliyyatlarıВ»

В«AzərsuВ»da milyonluq В«boru əməliyyatlarıВ»


16-02-2015, 10:51
В«AzərsuВ»da milyonluq В«boru əməliyyatlarıВ»
ASC-nin prezidenti istifadə olunan boruları qohumunun zavodundan əldə edirmiş, sənədlərdə isə xarici ölkə istehsalı göstərilir

Ölkənin ən korrupsiyalaşmış qurumlarından biri olan В«AzərsuВ» ASC-də böyük yeyinti hallarının üstü zaman içində açılır. Tia.az-ın əldə etdiyi məlumatlarda qeyd olunur ki, belə total yeyintilərdən biri də В«boru əməliyyatıВ» adlanır.
Qeyd edilir ki, ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda su xətləri və kanalizasiya işlərinini aparılması zamanı bir sıra saxtakarlıqlara yol verib. Belə ki, bu işlərdə istifadə olunan boruların sənədlərdə xaricdən alındığı göstərilsə də, əslində, onlar Azərbaycanda istehsal olunur. Tia.az-a verilən məlumatda vurğulanır ki, Hüseynovun bu əməliyyatı icra etməsi səbəbsiz deyil və yaxın qohumlarından birinə xeyir vermək niyyəti daşıyır.

İddia edilir ki, ASC prezidentinin qohumunun Sumqayıt yaxınlığında boru istehsal edən müəssisəsi var. Həmin borular keyfiyyət baxımından heç də yaxşı hesab edilmir və belə iri layihələrdə istifadə olunması da məqbul sayılmır. Məlumatlara görə, aşağı keyfiyyətli həmin borulardan istifadə edilməsi səbəbindən bir çox rayonlarda işlər başa çatmamış problemlər meydana çıxmağa başlayıb. Məsələn, Naftalanda həyata keçirilən kanalizasiya işlərinin çəkilməsinə külli miqdarda vəsait ayrılıb. Orada istifadə olunan boruların keyfiyyətsiz olması səbəbindən bir müddət sonra sıradan çıxdığı aşkarlanıb. Düzdür, söhbət Qorxmaz Hüseynova çatan kimi, təcili məsələ ört-basdır edilib. Amma bu ört-basdırın uzun müddət davam edəcəyi isə inandırıcı görünmür.

Tia.az-a verilən məlumatda o da vurğulanır ki, boru işində həmçinin Qorxmaz Hüseynovun bacısı oğlunun da adı hallanır. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt