Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıdan sifarişi verilən ayı ovunun videosunu kimlər sildirtdirib?

Bakıdan sifarişi verilən ayı ovunun videosunu kimlər sildirtdirib?


14-02-2015, 17:32
Bakıdan sifarişi verilən ayı ovunun videosunu kimlər sildirtdirib?
Bir müddət öncə Şamaxı məmurlarının "AYI OVU" barədə video kadrlar yayılmışdı. Xatırladırıq ki, Şamaxıda baş verən həmin ov kampaniyasını əks etdirən videoda əks olunanlar bunlar idi: maşının arxa oturacağındakı (güzgüdə görünən və video çəkən) Şamaxı RİH başçısının Avaxıl kənd İcra nümayəndəsi Alikdir... Qabaqda oturan isə, dəhşətli olsa da, Şamaxı Rəsədxanasının təsərrüfat işləri üzrə direktor müavini Cövdət Həsənov... Avaxıl kəndindən bu dəqiqələrdə redaksiyamızın elektron poçtuna göndərilən məktubda deyilir ki, "Şahdağ Milli Parkının Pirqulu ərazisi üzrə direktor müavini Xanmusa Cəlilovdur... Bu ov isə Şahdağ Milli Parkının direktoru Füzuli müəllimin icazəsi ilə edilib. Sonrakı kadrdakılar isə bundan fərqli gündə olub, ayını ovlayıblar... Alik yeyib-içəndə bu barədə deyib ki, Füzuli müəllimə 400 dollar pul verilib. 200 dollar da Xanmusa Cəlilova... Ov əti ayrı-ayrı vəzifəlilərə pay edilib, 100 kq isə "Çinarlı" restoranına və "Şirvan" restoranına satılmışdır... Amma Xanmusanın bu adamlara gücü çatmır... O, çalışır, amma təsir edə bilmir...".
Şamaxı məmurlarının ayı ovunda yeni qalmaqal - VƏHŞİLİK+ViDEO
Son məlumatlara görə, artıq həmin yazıda adı çəkilən və təqdim olunan videoda özü görünən ayı ovu qəhrəmanları barədə təhqiqat başlanılıb. Həmin şəxslər polisə dəvət olunur və izahatları alınır. Bu haqda məlumat verən mənbənin sözlərinə görə həmin şəxslərdən külli miqdarda pul tələb olunur. Onu da bildirək ki, hətta kimlərinsə ələ alınması sayəsində ov tədbirini əks etdirən məlum video Youtube-dəki bazadan dərhal sildirilib...



Geri qayıt