Əsas Səhifə > Güney Press / Ana xəbər > Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir

Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir


13-02-2015, 11:53
Şəhid ailələri və Qarabağ əlilləri Milli Məclis qarşısında aksiya keçirir
Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları Milli Məclisin əsas giriş qapısına qədər gedə biliblər.

Lakin polis onların qarşısını almağa çalışır.Buna görə də aksiya iştirakçıları ilə polislər arasında gərginlik yaşanır.

Şəhid ailələri binaya daxil olmağa çalışırlar.

***

Qarabağ əlilləri və şəhid ailələri onlara çatacaq pulun ödənilməməsinə etiraz olaraq bu gün Milli Məclisin qarşısında aksiya keçirirlər.

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları sığorta pulunun ödənilməsini tələb edirlər. Hələlik aksiya iştirakçılarını heç kim qəbul etməyib. Etirazçılar isə problemləri həll olunmayanadək aksiyalar keçirməkdə israrlı olduqlarını deyirlər.

Qeyd edək ki, Qarabağ əlilləri və şəhid ailələri aksiyalara hazırlıq məqsədilə imza toplayıblar. Sənədə 200 nəfərədək əlil və şəhid ailəsi imza atıb.

Qeyd edək ki, 13500 şəhid ailəsinə 11 min manat sosial sığorta haqqı ödənilməlidir. Onlar 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmirlər.

I qrup Qarabağ əlilləri 8800 manat, II qrup Qarabağ əlilləri 6600 manat, III qrup əlillər isə 4400 manat almalıdırlar. Hazırda 11 min əlil var.

Xatırladaq ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələrdə hərbi xidmətə başladığı andan dövlət tərəfindən məcburi şəxsi sığortalanıb. Müdafiə Nazirliyi də bunun müqabilində “Azərsığorta” Dövlət Sığorta Şirkətinin hesabına pul köçürüb.

Konstitusiya Məhkəməsi 2014-cü il yanvarın 28-də hərbi qulluqçulara şamil olunan icbari sığorta pulunun ödənilməsinə dair qətnamə də çıxarıb. Həmin sənədə əsasən Milli Məclis bununla bağlı müvafiq qərar verməli idi. 2000 şəhid ailəsi və Qarabağ əlilinə sığorta ödənməsinə dair məhkəmə qərarları da var.

Geri qayıt