Əsas Səhifə > Güney Press / Ana xəbər > Lider Klinikasının baş həkimi özünü dolaşığa salıb

Lider Klinikasının baş həkimi özünü dolaşığa salıb


13-02-2015, 11:08
Lider Klinikasının baş həkimi özünü dolaşığa salıb
Ötən günlərdə xəbər vermişdik ki, В«LiderВ» klinikasında bir sıra qanunsuzluqlar baş verir. Baş həkim Əlövsət Mizəyevin lisenziyasız işlətdiyi tibb ocağında işçilərlə əmək müqaviləsinin bağlanmadığı və qiymətləri süni şəkildə şişirdikləri vurğulanan məlumatda qeyd olunurdu ki, sözügdən şəxs böyük iş adamlarından birinin himayəsi altında istədiyini edir.

Məlumatda həmçinin Plazmafarit aparatı, qanyuma işlərini niyə şəxsən həyata keçirməsi, bu müalicənin ən bahalılar sırasına salınması, В«LiderВ» Klinikasında yaşanan digər olaylarla bağlı növbəti sayımızda məlumat verəcəyimizi bildirmişdik. JAM.AZ-ın araşdırmalarına görə, sözügedən apparat qanın yuyulmasını həyata keçirmək üçündür. Lider Klinikasında isə bunun üçün 10 günlük müalicə kursu tələb olunur. Hər bir gün müalicə isə 60 manatdır . Və prosesi yalnız baş həkim apara bilər.

Adıçəkilən klinikanın baş həkimi BTV ilə əlaqə saxlayaraq klinikanın işləmədiyini bildirdi və lisenziyasının belə olmadığını təsdiq etdi ,hətta klinikada təmir getdiyi ilə bağlı işçilərinə video çəkdirərək bizə göndərdi.
Lakin sosial səbəkələrdə klinikanın müəyyən faizlərlə endirimlərlə reklamları gözdən yayınmır. Necə ola bilər ki, işləməyən klinikanın reklamları sosial şəbəkələrdə yer alib. Hətta klinikanın yerləşdiyi ünvanda belə reklam lövhələri kifayət qədərdir.



Geri qayıt