Əsas Səhifə > Güney Press / Ana xəbər > “Dönər mənşəyi bilinməyən ətlərdən hazırlanır”
“Dönər mənşəyi bilinməyən ətlərdən hazırlanır”12-02-2015, 15:53 |
![]() “Ölkəmizdə və paytaxtda fəaliyyət göstərən dönərxanaların əksəriyyətində durum biabırçı vəziyyətdədir”. Bu sözləri Editor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov söyləyib. Onun sözlərinə görə, dönərxanaların 80 faizində heç bir həkim yoxlaması aparılmır: “Standartlara görə, dönərlər qoyun və mal ətindən, qoyun, mal və dana ətinin qarışığından, toyuq ətindən , hind toyuğunun ətindən, toyuq və hind toyuğunun qarışığından hazırlanmalıdır. Qanuna görə, dönər hazır vəziyyətdə dönərxanaya gətirilməli, orada yalnız bişirilməlidir. Bizdə bu qanuna riayət olunmur. Bu da heç şübhəsiz insanlarda müxtəlif xəstəliklərə, o cümlədən zəhərlənmə hallarına gətirib çıxarır. Nəzərə alanda ki, bu gün dönərxanalarda satışa çıxarılan dönərlər mənşəyi məlum olmayan ətdən hazırlanır, bu onsuz da biabırçı gündə olan bazara inamı daha da azaldır. Yaxşı olar ki, istehlakçılar mənşəyi məlum olmayan, həkim nəzarətindən keçməyən dönərlərdən uzaq dursunlar. Belə olarsa, onlar özlərini gözləyən təhlükəli xəstəliklərdən də yaxa qurtara bilərlər”. Geri qayıt |