Əsas Səhifə > Güney Press / Ana xəbər > Ucarlı sahibkarlar yeni icra başçından narazılıq edirlər
Ucarlı sahibkarlar yeni icra başçından narazılıq edirlər11-02-2015, 11:55 |
![]() Mənsur Məmmədovun Ucara başçı təyinatı əhalini narazı salıb. Yerli camaat Göyçayda özbaşınalıqlar edən məmurun rayona gətirilməsinə qarşı çıxıblar. Əsasən də sahibkarlar M.Məmmədovdan narazılıqlar edirlər. Göyçayda iş adamlarına qan udduran icra başçısının Ucarda da əməllərini davam etdirəcəyi bildirilir. Sahibkarlar bu təyinatdan dərhal diksiniblər. Onlar bilirlər ki, icra başçısı artıq yeni xərac yığımına başlayacaq. Redaksiyamıza verilən məlumatda bildirilir ki, sahibkarlara xəbərdarlıq olunub. Onlara öz vəsaiti hesabına obyektlərini abadlaşdırmaq tapşırılıb. Sahibkarlar isə dövlət büdcəsindən ayrılacaq vəsait hesabına bu işlərin görülməli olduğunu qeyd edirlər. Geri qayıt |