Əsas Səhifə > Güney Press / Ana xəbər > Vergi tətbiqi nəhayət В«SədərəkВ» Ticarət Mərkəzinə də çatdı

Vergi tətbiqi nəhayət В«SədərəkВ» Ticarət Mərkəzinə də çatdı


10-02-2015, 12:15
Vergi tətbiqi nəhayət В«SədərəkВ» Ticarət Mərkəzinə də çatdı
Dünyvda neftin qiymətinin aşağı həddə qalması, Azərbaycanın proqnozlaşdırılmış gəlirlərinə də təsir edir. Faktiki olaraq Azərbpaycanın dövlət büdcəsində, Dövlət Neft Fonduna daxil olan vəsaitlərin həcmində azalma müşahidə edilməkdədir. Hökumət daxilolmaların azalmasını alternativ olaraq vergitutma qaydalarını genişləndirməklə almaq istəyir. Artıq ölkə ərazisində vergitutma qaydaları ilə bağlı bir sıra yeniliklərin tətbiqinə də başlanılıb.

YÜeri gəlmişkən dünən Dünya Bankı Azərbaycana tövsiyyə verib ki, vergitutma üzrə genişləndirmə davam etməlidir. Ölkənin neft böhranı ərəfəsində vergidən daxilolmaları artırmaq istəyi müsbət qarşılanır. Bu islahatların həyata keçirilməsi prossesi isə davam edəcək. Artıq mənzil alqı-satqısı üzrə də vergi tətbiqinə qərar verilib. GUNDEMİNFO.AZ-a daxil olan bilgilərə görə, hökumət uzun illərdir ki, vergitutmadan kənarda qalan iri obyektlərin də vergiyə cəlb edilməsinə qərarlıdır.

Daxil olan informasiyalara əsasən artıq Bakıda fəaliyyət göstərən bir sıra iri ticarət, iaşə obyektəri, şadlıq sarayları da konkret olaraq rüşvət sistemindən rəsmi vergi sisteminə keçiblər.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, prosses illərdir ki, vergidən kənarda saxlanılan В«SədərəkВ» Ticarət Mərkəzlinə də şamil olunacaq. Məlumatlara görə, ölkənin ən böyük ticarət mərkəzlərindəki dükanlarda kassa aparatlarının quraşdırılmasına və onların qanuni formada işləməsi haqda sərt tələblər irəli sürülüb. Aldıçəkilən ticarət mərkəzlərində işləyən iri smahibkarların saytımıza bildirdiüinə görə, bir həftədir ki, В«SədərəkВ»də vergi məmurları təftiş işləri aparırlar. Hələlik rəhbərlik pmüxtəlif yollarla rəsmi olaraq vergi tətbiqinƏ başlanmasını ertələmək istəyir. Buna baxmayaraq qərarın verildiyi və bu ticarət mərkəzində yaxın günlərdə bir dəsmalın belə kasaa çeki olmadan satılmayacağı bildirilir.

Bununla bağlı olaraq bizə bilgi verən mənbə iddia edir ki, В«SədərəkВ» TM-in sahibi Yusif Qədimbəyli ən yüksək dairələrə şikayət etsə də, nəticəsi olmayıb. GUNDEMİNFO.AZ-ı bilgiləndirən mənbə vergitutmanın bu ticarət mərkəzinə rəsmən tətbiqi qiymətlərin kəskin artması il nəticələnə bilər. Hazırda sahibkarlara xəbərdarlıq edilsə də, onlar kassa aparatlarının quraşdırılacağı təqdirdə icarə haqlarının aşağı salınmasını tələb edirlər. Məlumata əsasən В«SədərəkВ»də kassa aparatları təkcə satış nöqtələrinə deyil, həmçinin də ticarət mərkəzinə daxil olmasına görə avtomobillərdən tutulan vəsaitlərə görə tətbi8q olunacaq. Bu isə В«Sədərək YusifВ»in hər gün qazandığı milyonlarla vergidənkənar vəsaitin əldən çıxması deməkdir. Qazanan isə dövlət büdcəsi olacaq.

Geri qayıt