Əsas Səhifə > Güney Press / Ana xəbər > Deyəsən, Bakının bu qəsəbəsini hökumət yaddan çıxarıb...
Deyəsən, Bakının bu qəsəbəsini hökumət yaddan çıxarıb...6-02-2015, 09:53 |
![]() Bakıda böyük bir qəsəbənin yollarını görəndə, düşünürsən ki, həmin ərazi, sanki, rayon rəhbərliyinin yadından çıxıb. Sabunçu rayonu, Ramanı qəsəbəsindən Günel adlı oxucu Milli.Az-a yazıb ki, qəsəbə yolları zamanla heç uyğun gəlmir: “Yollar pis gündədir. Ayaqqabılarımızdan palçıq təmizləməkdən lap bezara gəlmişik. Evdən gül kimi çıxıb istədiyimiz yerə çatana kimi pis günə qalırıq. Yoldan maşın keçəndə isə yerdəki bütün palçıq üstümüzə gəlir”. Sabunçu rayon İcra Hakimiyyətində Milli.Az-a bildirildi ki, bütün qəsəbədaxili yolların mərhələli şəkildə həlli nəzərdə tutulub. Artıq bütün yollar dövlət proqramına salınıb. Geri qayıt |