Əsas Səhifə > Güney Press / Ana xəbər > Lamiyənin nişanlısı olmuş Vüqar əfv üçün müraciət edəcək
Lamiyənin nişanlısı olmuş Vüqar əfv üçün müraciət edəcək5-02-2015, 15:28 |
![]() Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və hazırda ömürlük həbs cəzası çəkən Vüqar Əliyevin əfv olunması ilə bağlı ölkə prezidentinə müraciət olunacaq. Bu barədə AzVision.az-a Vüqar Əliyevin vəkili Adəm Məmmədov məlumat verib. Vəkil Vüqar Əliyevlə bağlı prezidentə həm açıq, həm də yazılı formada müraciətlər göndərəcəyini söyləyib: “Əfv üçün Prezidentə müraciəti artıq hazırlamışam. Sabah axşam müraciətimi ölkə başçısına göndərəcəyəm”. A.Məmmədov V. Əliyevin hazırkı vəziyyəti barədə də məlumat verib: Bildirib ki, məhkum hazırda psixoloji gərginlik keçirir, vəziyyəti yaxşı deyil. Xatırladaq ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd edək ki, Şəmkirin eks-icra başıçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər Vüqar Əliyev və Lamiyə Quliyeva təqsirləndirilərək həbs olunublar. Geri qayıt |