Əsas Səhifə > Güney Press / Ana xəbər > Qarabağ şəhidinin ailəsinə ev vermirlər
Qarabağ şəhidinin ailəsinə ev vermirlər4-02-2015, 16:14 |
![]() Gədəbəy rayonunun Qaradağ kənd sakini Alıyeva Tünzalə Miri qızı bizimxeber.az saytını amüraciət edib. Müraciətdə deyilir: Mənim həyat yoldaşım Alıyev Mehman İbrahim oğlu Gədəbəy rayonunun ilk şəhidlərindən birdir. O, 1992-ci ilin avqustunda ermənilərlə qəhrəmancasına döyüşərək həlak olub. Kəndimizin məktəbi rəsmi olaraq həyat yoldaşımın adını daşıyır. Ancaq məktəbin həyətində onun büstü yoxdur, hətta adı hardasa qeyd olunmayıb, yəni şəhidə hörmətsizlik edirlər, qəbri də bərbad vəziyyətdədir”. Şəhidin həyat yoldaşı sonra qeyd edir ki: “ Hazırda iki övladımla heç bir şəraiti olmayan balaca daxmada güclə yaşayırıq. Ev növbəsinə durmaq üçün 2 il əvvəl sənədlərimi toplayıb rayon icra hakimiyyətinə təqdim elədim. Ancaq müharibə veteranlarına verilən 2 binadan bizim ailəmizə ev vermədilər. Rayon icra hakimiyyətinin işçisi Elxan deyir ki, sizə ev düşmür”. Bütün bunlar azmış kimi kəndin icra nümayəndəsi Cahangir şəhidin həyat yoldaşını hədələyir ki, yuxarılara şikayət eləsən polisi çağırıb səni həbs etdirəcəyəm. Müraciətin sonunda Tünzalə Alıyeva ölkə rəhbərliyindən kömək istəyir. Geri qayıt |